Lixtenşteyn parlamentinin sədri Azərbaycanda


04:59     27 İyun 2015 97886.jpg

Bu gün Lixtenşteyn Knyazlığı parlamentinin sədri Albert Frik Azərbaycana rəsmi səfərə gəlib.


Femida.az -ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Lixtenşteyn parlamentinin sədri Albert Friki Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli və digər rəsmi şəxslər qarşıladılar.

Lixtenşteyn parlamentinin sədri Albert Frik aeroportda jurnalistlərə müsahibəsində qeyd edib ki, bu, onun parlament sədri kimi Azərbaycana ilk səfəridir.

Frik bildirib ki, Azərbaycan ilə Lixtenşteyn arasında əlaqələr başlanğıc mərhələsindədir. Biz əlaqələrimizi indidən etibarən inkişaf etdirməyə başlayırıq. Düşünürəm ki, bu başlanğıcın ilk Avropa Oyunlarının keçirildiyi günlərə təsadüf etməsi çox gözəl haldır. Lixtenşteyn Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Açar sözlər:

Oxunub: 821


Oxşar xəbərlər