Məşhur müğənni ayağından oldu.


15:33     16 Aprel 2015 1065622_620x410.jpg

Türkiyənin tanınmış sənətçisi Zərrin Özər belində olan yırtığa görə əməliyyat olunub.

Femida.az xəbər verir ki, müğənni Zərrin Özər ağır əməliyyat keçirib. Ağrılarının şiddətli və davamlı olduğunu söyləyən sənətçi bel yırtığından iki dəfə əməliyyat keçirib. Ancaq Özərin ağrıları əməliyyatdan sonra kəsmədən daha da kəskinləşməyə başlayıb. Həkimlər isə Özərin yenidən bıçaq altına girməsinin təhlükə olduğunu açıqlayıb. Lakin Özər başqa bir xəstəxanaya gedərək üçüncü dəfə əməliyyat etdirib. Əməliyyatdan sonra isə yeriyə bilməyib. Çətin duruma düşən müğənni yeriyə bilmədiyi üçün hətta çəkisini də azaldıb. Şənbə günü ayağa qalxaraq gəzmək istəyən Özər yıxılaraq qolunu da qırıb.

Zərrin Özər: “Üçüncü əməliyyatımda altı platin taxdılar və üç aydır inanılmaz ağrılarla yaşamağa davam edirəm. İndi çox sevdiyim bacım (fizioterapist) müalicə edir məni ... İnşallah təkrar yeriyəcəyəm”,- söyləyib.

Gülnarə Eynullaqızı

Açar sözlər:

Oxunub: 1594