Rusiyadan Türkiyəyə başsağlığı gəlib


17:16     29 İyun 2016 99dc37fef6c14dc63a87ff58bddce94e.jpg

Rusiya prezidenti Vladimir Putin İstanbulda baş vermiş terror aktı ilə əlaqədar Türkiyəyə başsağlığı verib.


Femida.az xəbər verir ki, Putin rus və alman şagirdləri ilə söhbəti zamanı 36 nəfərin həyatına son qoyan terror aktını pisləyib.

“Biz təəssüflənirik, terror aktı qurbanlarının yaxınlarına başsağlığı veririk”, - deyə o vurğulayıb.

Qeyd edək ki, dünən gecə İstanbul hava limanında baş vermiş terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1478