“Azərbaycan Türkiyənin yanındadır” - İlham Əliyev
18:53 29 İyun 2016
Azərbaycan prezidenti İlham Əliyev iyunun 29-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Femida.az-ın məlumatına görə, dövlət başçısı İstanbulun Atatürk Hava Limanında törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Türkiyə prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.
Prezident İlham Əliyev terrorçuların çirkin əməllərini qətiyyətlə pisləyərək Azərbaycanın həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanında olduğunu vurğulayıb. Türkiyə prezidenti isə göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
Femida.az
Oxunub: 5254
Oxşar xəbərlər
- “Azərbaycanda bir yoxsul belə qalmayacaq” - Baş nazirin müavini
- “Azərbaycan Avropa Araşdırmaları Assosiasiyası” yaradıldı
- “Azərbaycan Avropa İttifaqından nəsə ummur” - Novruz Məmmədov
- “Azərbaycandakı təkanların İrandakı zəlzələ ilə əlaqəsi yoxdur”
- “Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”- Ərdoğan
- “Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir” - İlham Əliyev
- “Azərbaycanın çox böyük neft ehtiyatları var” - İlham Əliyev
- “Azərbaycan dünyada idman dövləti kimi tanınır“ - İlham Əliyev
- “Azərbaycan xalqının səbri tükənməkdədir” - Səfir
- “Azərbaycan jurnalistikası inkişaf edir” – İlham Əliyev