Hakimliyə imtahan verən şəxslərin müraciətlərinə baxılıb


19:54     29 İyun 2016 hakim%20imtahan.jpg

İyunun 9-da hakimliyə namizəd olmaq istəyənlər üçün keçirilən test imtahanında uğur qazana bilməyən 6 nəfər nəticələrin apellyasiya qaydasında yoxlanılması barədə müraciət edib.


Hakimlərin Seçki Komitəsindən Femida.az-a verilən məlumata görə, bununla əlaqədar komitə Dövlət İmtahan Mərkəzi ilə birgə hakimliyə namizədlərin seçimi qaydalarına uyğun olaraq məsələyə apellyasiya qaydasında baxıb. Apellyasiya zamanı hakimliyə namizədlərin cavab kartları onların özləri və mütəxəssislər tərəfindən bir daha yoxlanılıb, nəticələrin düzgün hesablandığı müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1594