Putin Türkiyəyə qarşı sanksiyaları ləğv etdi
20:01 29 İyun 2016
Rusiya Türkiyə turizminə qoyulan sanksiyaları aradan qaldırır.
Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı razılığa gəliblər.
Putin Rusiya Nazirlər Kabinetinə Türkiyə ilə ikitərəfli iqtisadi-ticari əməkdaşlığın bərpası istiqamətində danışıqlara başlamağı tapşırıb.
Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Öz növbəsində Rusiya prezidenti Vladimir Putin Atatürk hava limanında törədilən terror aktları nəticəsində ölənlərlə bağlı türkiyəli həmkarına başsağlığı verib, yaralılara şəfa diləyib.
Qeyd olunub ki, Kreml və Türkiyə prezidentinin mətbuat xidməti danışıqlarla bağlı detallı məlumat yayacaq.
Oxunub: 16214
Oxşar xəbərlər
- Putin İlham Əliyevi təbrik etdi
- Putin Sankt-Peteburqdakı partlayışı terror adlandırıb
- Putin Zaxarovaya diplomatik rütbə verdi
- Putinin ən müxalif rəqibinin namizədliyi qeydə alınmadı
- Putindən Azərbaycan Prezidentinə təbrik zəngi
- Putindən İlham Əliyevə ad günü təbriki
- Putinə zəng gəldi, iclası tərk etdi
- Putin Nazarbayevi təbrik etdi
- Putin Təhlükəsizlik Şurasını toplayır - TƏCİLİ
- Putin seçkilərdə müstəqil namizəd olacaq