Fransa Qarabağ danışıqlarına ev sahibliyi edə bilər
21:23 29 İyun 2016
"Paris Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni danışıqlara ev sahibliyi etməyə hazırdır".
Femida.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Mark Eyro rusiyalı həmkarı Sergey Lavrovla Parisdə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
O, Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yeni görüşü keçirməyə hazır olduğunu söyləyib: "Biz Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Sergey Lavrov məni Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin Azərbaycandan və Ermənistandan olan həmkarları ilə apardığı danışıqların yekunu barədə məlumatlandırdı. Mən bir daha xatırlatdım ki, Parisdə yeni müzakirələrə ev sahibliyi etməyə hazırıq".
Femida.az
Oxunub: 1100
Oxşar xəbərlər
- Fransa Qarabağla bağlı mövqeyini açıqlayıb
- Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlı - Muxtarovun həyat yolu
- Fransa XİN: `Dağlıq Qarabağ`ı tanımırıq
- Fransada polis 6 nəfəri güllələyib
- Fransa mətbuatı `Metsamor` təhlükəsindən yazdı
- Fransanın Azərbaycandakı Səfirliyində viza ilə bağlı yeni qayda
- Fransada aeroportlar iflic oldu
- Fransada daşqınlar gözlənilir
- Fransada meşə yanğınları qatarların yolunu kəsdi
- Fransada təhsil almış şəxsə 17 il HƏBS