İlham Əliyev Gəncəyə 5 milyon ayırdı


23:39     29 İyun 2016 ilham%20eliyev%20seren.jpg

Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Açar sözlər:

Oxunub: 976