Abdullah Gül ikibaşlı danışdı


16:24     16 Aprel 2015 abdulla2gul.jpg

Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin 11-ci prezidenti Abdullah Gül Financial Times Türkiyə Zirvəsi`nin bağlanış törənində çıxış edib.

Çıxışı zamanı Abdullah Gülün "Hər şey indikindən daha yaxşı ola bilərdi" cümləsi gündəmi alt-üst edib. Abdullah Gülün ikibaşlı çıxışının Türkiyənin hazırkı iqtisadi-siyasi vəziyyətindən narazılığının nəticəsi kimi qiymətləndirənlər var.

Abdullah Gül Türkiyədəki seçki sisteminin dəyişdirilməsi haqda verilən sualları da cavablandırıb : " Demək olmaz ki, Türkiyədə seçki ədalətsiz qaydada keçirilir. Ancaq bizdə də bəzi problemlər var. Bu problemlərin də yaxın gələcəkdə aradan qalxacağına inanıram. Bu haqda hətta, öz prezidentliyim dövründə də demişəm. Türkiyədə parlament sisteminə düzəlişlərə ehtiyac var. Növbəti seçkidən sonra Türkiyədəki vəziyyətin indikindən daha yaxşı olacağına ümid edirəm. "

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 1003