Türkiyə bu fotoya görə müharibə ilə üz-üzə - VİDEO

13:14     01 İyul 2016 emel%20s91.png

“Müharibəyə səbəb ola biləcək öpüş”


Türkiyə 39 il bundan əvvəl Tunislə ciddi gərginlik yaşadı və az qala müharibəyə başlayacaqdı. Səbəb isə tanınmış ifaçı Emel Sayının Tunisdə keçirilən konsertlərə getməməsi idi. Müasir Tunisin qurucusu hesab olunan Həbib Burqiba Atatürkə heyranlığı və türk sənətçilərinə olan sevgisi ilə seçilən lider idi. Buna görə də o dəfələrlə türk musiqi ifaçılarını ölkəsinə dəvət edərdi.

“Ərəb baharı”nın başladığı ölkə olan Tunislə Türkiyə arasında 39 il əvvəl maraqlı olay yaşanır. Bir ay Tunisdə qalan və bu müddət ərzində saysız-hesabsız konsertlər verən Emel Sayını o dövrün Tunis dövlət başçısı Həbib Burqiba xoş münasibətlə yola salmışdı.

Yola salma mərasimində çəkilən fotolar Türkiyə gündəmində şok effekti yaratdı. Fotoların biri dövlət başçısı Emel Sayını öpərkən çəkilmişdi. Emel Sayınla Həbib Burqibanın eşq yaşadığı söz-söhbətlərinin yaranmasına səbəb olan həmin fotolar sənətçinin həyat yoldaşını da bir xeyli əsəbləşdirmişdi. Bura qədər hər şey normal gedirdi. Həbib Burqiranın növbəti dəfə Emel Sayını Tunisə konsertə dəvət etməsi və əvvəlki ziyarətdə çəkilən fotoları əsas gətirərək Emel Sayının bu dəvəti geri çevirməsi ilə Türkiyə-Tunis münasibətləri gərginlik mərhələsinə qədəm qoydu.

Nəticədə, Türkiyə ilə Tunisin Xarici İşlər Nazirliyi bir-birinə girdi. Diplomatik savaş başladı. Şimali Afrika ölkəsi ilə Türkiyə arasında yaşanan bu gərginlik siyasi məsələlərdən qaynaqlanmırdı. Səbəb bəlli idi: Emel Sayın və “müharibəyə səbəb olacaq öpüş”



Emel Sayın illər sonra məlum foto ilə bağlı belə bir açıqlama verdi:

“Kartaca sarayındakı konsertimdə Tunis prezidenti Həbib Burqira da var idi. O, mənim ifama heyran qaldı. Boğazındakı sepi çıxarıb mənim boğazıma bağladı. Bağlayarkən isə məni qucaqladı. Sonradan Türkiyə mətbuatı yazdı ki, guya biz eşq yaşayırıq filan. Həmin konsertdə səhnədən enərkən Həbib Burqiba mənə bir zərf göndərdi. Zərfdə xeyli miqdarda pul var idi. Mən həmin zərfi qəbul etmək istəmədim, geri qaytarsam da, hörmətsizlik olacaqdı. Məcbur qalıb zərfdəki pulları dostlarıma payladım”.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 6060