Müdafiə Nazirliyindən Ermənistana sərt xəbərdarlıq
04:42 28 İyun 2015
Ermənistanın elektron kütləvi informasiya vasitələrinin iyunun 26-da atəşkəs rejiminin pozulması nəticəsində guya bir erməni hərbi qulluqçunun ölməsi və Azərbaycan tərəfinin də itkilər verməsi barədə yaydığı məlumat dezinformasiya xarakteri daşıyır.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, erməni silahlı qruplaşmaları arasındakı ziddiyyətlər və daxili çəkişmə nəticəsində ermənilərin bir-birini gülləbaran etməsindən sonra düşmən hər dəfə günahı Azərbaycan tərəfinin üzərinə atmaqla ictimaiyyətinin diqqətini ordusunda baş verən neqativ hallardan yayındırmağa çalışır.
Hazırda Ermənistanın müxtəlif şəhərlərində hakimiyyətə qarşı başlayan kütləvi aksiyalardan qorxuya düşən Yerevanın cinayətkar hərbi-siyasi rejimi əhalinin diqqətini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin intensiv pozulması haqqında mütəmadi olaraq məqsədyönlü surətdə dezinformasiya xarakterli məlumatlar yayır.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir və müdafiənin ön xəttində yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib.
Oxunub: 753
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi ilə Dini Komitə plan hazırlayır
- Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq birgə plan hazırladı
- Müdafiə Nazirliyi məlumat yaydı
- Müdafiə naziri hərbi tibb müəssisələrində olub - FOTOLAR
- Müdafiə Nazirliyindən Milli Məclisdəki tənqidlərə CAVAB
- Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı — Açıqlama
- Müdafiə Nazirliyi Milli Qəhrəmanı andı
- Müdafiə nazirlərinin görüşü başladı
- Müdafiə naziri hərbi texnikalara baxıb
- Müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb