Üzüm bağı yandı - Cəlilabadda


19:33     04 İyul 2016 usum%20bagi2.jpg

Cəlilabadda biçilmiş taxıl sahəsində baş verən yanğın üzüm bağına keçərək xeyli sayda tənəyi və bostan bitkisini məhv edib.


Hadisə rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb. Məlum olmayan səbəbdən biçilmiş taxıl sahəsində başlayan yanğın tez bir zamanda hektarlarla ərazini əhatə edib. Yaxınlıqda çoxlu quru kol-kosun olması alovun qonşuluqdakı üzüm sahəsinə keçməsinə şərait yaradıb. Nəticədə fermer Elçin Cahangirova məxsus üzüm bağında 2 hektara yaxın ərazidə əkilmiş bitkilər, o cümlədən Fransadan gətirilərək yenicə əkilmiş xeyli sayda ting tamamilə yanaraq yarasız vəziyyətə düşüb. Güclü alov dalğası bostan sahəsinə də ciddi ziyan vurub, tarladakı qarpız tağları, bir neçə tona yaxın yağılmamış digər məhsullar yanaraq məhv olub.

Yanğın nəticəsində fermer Elçin Cahangirova ümumilikdə 5-6 min manat civarında maddi ziyan dəyib.

Qeyd edək ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinə vaxtında xəbər verilmədiyindən yanğınsöndürənlər hadisəyə müdaxilə edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 2450