Musiqili Teatrda mükafatlandırma mərasimi


04:54     05 İyul 2016 6caa9194088f8e1c7f87e6e026ed12c9.jpg

Dövlət Musiqili Teatrında 106-cı teatr mövsümünün yekunlaşması ilə əlaqədar mükafatlandırma mərasimi keçirilib.


Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Mehriban Zalıyeva “Mövsümün ən yaxşı aktrisası”, Çingiz Əhmədov “Mövsümün ən yaxşı aktyoru”, Əmrah Dadaşov “Mövsümün debütü” (kişi), Aydan Qasımova “Mövsümün debütü” (qadın), Nigar Qarayeva “Mövsümün perspektivli aktrisası”, Səmədzadə Xasıyev “Mövsümün perspektivli aktyoru”, Ağaxan Şərifov “Mövsümün ən məhsuldar aktyoru”, Almaz Ələsgərova “Mövsümün sevilən aktrisası”, Ülviyyə Əliyeva “Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı”, Nərgiz Kərimova “Mövsümün debütü” (rus bölməsi, qadın), Nicat Əli “Mövsümün debütü” (rus bölməsi, kişi), Tofiq Seyidəmirov “Mövsümün ən yaxşı musiqiçisi - orkestr artisti”, Fərid Rzayev “Mövsümün ən yaxşı xor artisti”, Cəlalə Novruzlu “Mövsümün ən yaxşı balet artisti”, İfadə Bağırova “Mövsümün ən yaxşı texniki işçisi” və Vidadi Həsənov “Mövsümün ən işgüzar əməkdaşı” nominasiyaları üzrə qalib olub.

Həmçinin “Baladadaşın toy hamamı” (Elçin) və “999-cu gecə” (“Min bir gecə” nağıllarının motivləri və F. Əmirovun musiqiləri əsasında) tamaşaları “Mövsümün ən yaxşı tamaşası” seçilib.

Xalq artisti İlham Namiq Kamal və aktyor Hüseyn Əlili isə Hüseynağa Sadıqov adına “Billur alma” mükafatına layiq görülüblər. Qaliblərə xüsusi prizlər və mükafatlar verilib.

Qeyd edək ki, mükafatlandırma ənənəsinin əsası ötən il – 105-ci teatr mövsümünün yekununda qoyulub. Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin təklifi əsasında formalaşan mükafatın təsisçiləri Musiqili Teatr və teatrın Həmkarlar İttifaqıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 839


Oxşar xəbərlər