Ermənistanda gərginlik son həddə çatdı (VİDEO)


19:04     28 İyun 2015 289223.jpg


Bu gecə İrəvanda prezident Serj Sarkisyanın iqamətgahının yerləşdiyi Baqramyan prospektində sakitlik olmayıb.

Femida.az-ın məlumatına görə, elektrik enerjisinin qiymətlərinin qalxmasına etiraz edən oturaq aksiya iştirakçıları gecəni orada keçiriblər. Bəziləri söhbət edib, bəziləri isə birbaşa prospektdə yatıblar.

Jurnalistlərlə söhbət edən aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənə qədər prospekti tərk etməyəcəklərini deyiblər. Ermənistanın tanınmış adamları, şou-biznes təmsilçiləri gecəni aksiya iştirakçılarının arasında keçirərək canlı divar yaradıblar.
İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq “Talana yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. İyunun 22-i saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi. Ertəsi günü erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc yolu ilə dağıtdıqdan sonra həmin gün axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar. Bu günə kimi aksiya orada davam edir.

Ermənistanın bir sıra keçmiş və indiki deputatları, şou-biznes təmsilçiləri hər gecə İrəvanın Baqramyan prospektində polis və nümayişçilər arasında canlı ət divarı çəkirlər. Onlar 2008-ci ilin mart ayının 1-də olduğu kimi polisin dinc nümayişçilərə güllə atmasından qorxurlar. Serj Sarkisyanın seçki saxtakarlığı ilə hakimiyyətə gəldiyi həmin günlərdə 8 dinc nümayişçi həlak olmuşdu.

Ermənistan Tarif Şurası ötən həftə günü keçirdiyi iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.




Açar sözlər:

Oxunub: 756