Daş karxanasında iki usta öldü


17:34     06 İyul 2016 tecili_2747656762.jpg

Göygöl rayonunda usta işləyən şəxs bədbəxt hadisə nəticəsində ölüb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də Göygöl rayonunun Üçbulaq kəndindəki daş karxanasında usta işləyən rayon sakini Gündüz Abbasovu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Analoji hal Bakıda da baş verib. Belə ki, iyun ayının 29-da Xəzər rayonunun Zirə qəsəbəsindəki daş karxanalarından birində dəmirçi işləyən Lerik rayon sakini Məmməd Əsədov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1377