Piyadanı vuran sürücü tutulub


23:33     06 İyul 2016 hebs%20esas%2011103.jpg

İyulun 5-də saat 14 radələrində Bərdə şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Günay Əbilova vurulub.



Femida.az-ın DİN-in saytına istinadən məlumatına görə, G.Əbilova xəstəxanaya yerləşdirilib.

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “VAZ-2121” markalı avtomobilin sürücüsü, həmyerlisi Rəşid Hacıyev isə saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 1088