50 yaşlı qadını avtomobil vurub


17:02     07 İyul 2016 piyada_olumu_2337.jpg

Ağdamın Quzanlı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.


Rayonun Çullu kənd sakini Allahverdiyev Ramil Boran oğlu idarə etdiyi 55 BX 037 nömrə-nişanlı “QAZel” markalı maşınla piyada, 1966-cı il təvəllüdlü Mustafayeva Tahirə Mirzə qızını vurub.

Sürücü xəsarət alan piyadanı dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. T. Mustafayevaya sol bud nahiyəsində sıyrılma, dizin arxa tərəfində kəsilmə, hər iki biləyin qırığı və sol üz nahiyəsinin sıyrılması diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra T. Mustafayeva Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırılma aparılır.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1088