Lavrovun Bakı səfərinin vaxtı açıqlandı


17:28     07 İyul 2016 cs%20Foreign%20Minister%20Sergei%20Lavrov%20gestures%20during%20a%20news%20conference%20after%20a%20meet.JPG

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Azərbaycana işgüzar səfər edəcək.


Femida.az-ın xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

Səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq

Qeyd edək ki, S. Lavrov bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Ermənistanda səfərdə olub.

Açar sözlər:

Oxunub: 2817