Səddam Hüseynin heykəlin dağıdan iraqlı: “Peşmanam”


17:35     07 İyul 2016 seddam.jpg

İraqın keçmiş lideri Səddam Hüseynin heykəlini dağıdan Kadim Şərif Həsən əl-Caburi həmin heykəli yenidən qoymaq istəyir, lakin öldürülməkdən qorxur.


Bu barədə Femida.az Türkiyənin “Milliyət” qəzetinə istinadən məlumat verir. İraqın paytaxt Bağdadda ABŞ-ın işğalı ilə S.Hüseynin devrilməsindən sonra meydanlarda bayram nümayişləri oldu.

Nümayişlərə qatılan iraqlı əl-Caburi Bağdadın rəmzi sayılan S. Hüseynin heykəlini əlinə keçirdiyi bir gürzlə yıxmağa başladı.

İndi isə həmin şəxs heykəli dağıtdığına görə peşmandır. Əl-Caburi deyib: “İmkan olsaydı heykəli yenidən tikərdim, amma öldürülməkdən qorxuram. Səddamdan sonra İraqda vəziyyət daha da pisləşib. Buş və Bleyr yalançıdırlar, əgər cinayətkar olsaydım, onları öz əllərimlə öldürərdim”.

Femida.az

Açar sözlər:

Oxunub: 2232