İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşüb


00:27     29 İyun 2015 ilham%20əl.jpg

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün ölkəyə səfərə gələn Bolqarıstan Prezidenti Rosen Plevneliyev ilə görüşüb.


Femida.az-ın məlumatına görə, İlham Əliyev Bolqarıstan Prezidenti Rosen Plevneliyevi qarşılayıb.

Plevneliyev Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə İlham Əliyevi təbrik edib, Oyunların yüksək səviyyədə təşkilinə görə dövlət başçısına bolqar xalqının təşəkkürünü çatdırıb. O, bolqar idmançılarının Bakıda onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildirib.

“Biz qərara gəldik ki, bu Oyunların standartı mümkün qədər ən yüksək standartlar olsun. İndi isə hər kəs görür ki, bu standartlar Yay Olimpiya standartlarıdır”, - deyən dövlət başçısı birinci Avropa Oyunlarının bəzi parametrlərə görə hətta Yay Olimpiya Oyunlarından daha da yüksəkdə olduğunu deyib.

Açar sözlər:

Oxunub: 831