“Bunu heç kim inkar edə bilməz”


17:13     16 Aprel 2015 virtual1395065308Əli_Həsənov_PA-01debatdan%20dnasdfgh5%20(1)ali%20hasanov.jpg

“Hamı bilir ki, Azərbaycanda bu gün söz, mətbuat, məlumat azadlığının, insan hüquqlarının, demokratiyanın, siyasi azadlıqların vəziyyəti heç bir dünya ölkəsindən geri qalmır”.


femida.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov birinci Avropa Oyunları ərəfəsində ölkəmizlə bağlı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən jurnalistlərə açıqlamasında deyib. Əli Həsənov bu gün dünyada təzahür edən anti-islam, anti-türk siyasəti, hadisələrə ikili standartlar çərçivəsində yanaşma siyasətinin təəssüf doğurduğunu vurğulayaraq deyib: “Eyni zamanda, erməni lobbisinin dəstəyi ilə bəzi Avropa siyasətçilərinin, beynəlxalq və humanitar, o cümlədən beynəlxalq hüquq müdafiə təşkilatlarının fəaliyyətində də eyni təzahürlər müşahidə olunur. Bu təzahürlərdəki anti-Azərbaycan meyli də eyni amillərlə bağlıdır. Azərbaycan cəmiyyəti bunu çox gözəl bilir ki, ölkəmizlə bağlı formalaşdırılmağa cəhd göstərilən bu rəylərin, fikirlərin heç bir əsası yoxdur. Bunlar sadəcə olaraq Azərbaycan xalqının, dövlətinin uğurlarını, o cümlədən bizim dünyaya nümayiş etdirmək istədiyimiz dəyərlərin effektivliyini azaltmaq məqsədi daşıyır. Onlar heç nəyə nail ola bilməyəcəklər. Biz real həqiqətləri həm özümüz bilirik, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət qədər imkanlara malikik. Azərbaycan 20 ildə bugünkü inkişafa dünyanın gözü qarşısında nail olub. Azərbaycanın dünya mədəniyyətinə, siyasətinə, iqtisadiyyatına verdiyi töhfələr göz qabağındadır. Bunu heç kim inkar edə bilməz. Heç kim Azərbaycanda olmayan bir şeyi bizim üstümüzə ata bilməz”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda bütün hüquqlar və azadlıqlar təmin olunub. Bu cür qarayaxma kampaniyaları heç bir effekt verməyəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 807