88 yaşlı anasını döydü - Göyçayda ailə dramı


16:42     08 İyul 2016 qoca%20qadin%20aglayir%20doyul.jpg

Göyçay rayonunda yaşlı kişi ahıl anasının döyüb.


Ötən gecə Göyçayın Bığır kəndində kənd sakini, 1953-cü il təvəllüdlü Vahidov Ağaməmməd Fəzail oğlu ailə münaqişəsi zəminində anası, 1928-ci il təvəllüdlü Vahidova Gilə Balabəy qızına ayaq və yumruqla ağır xəsarətlər yetirib. Döyülən qadın Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda müalicə olunan ahıl qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, anasını döyən Ağaməmməd Vahidov uzun illər Bığır kənd orta məktəbində müəllim işləyib və hazırda təqaüdçüdür. Onun psixoloji problemlərinin olduğu, əlilliyə görə pensiya aldığı və subay olduğu bildirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1792