“İlham Əliyevə təşəkkür edirəm...” - Mehriban Əliyeva


03:14     29 İyun 2015 97981.jpg

Avropa Oyunlarının bağlanış mərasimində ölkələrin paradından sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib.


Femida.az-ın məlumatına görə, o, Azərbaycan prezidenti İlham Əliyevi və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini salamlayaraq onlara bu yarışlara görə təşəkkür edib:

“Müstəqil Azərbaycana yeni qələbələr, əmin-amanlıq arzu edirəm. Əziz dostlar, ilk Avropa Oyunları başa çatır. Bu günlər bizim yaddaşımızda unudulmaz oldu. Biz bu oyunların Azərbaycanda keçirilməsindən qürur duyuruq. Son 17 gün ərzində birliyin, həmrəyliyin, dostluğun şahidi olduq. Mən oyunlara və atletlərə verdiyi böyük dəyərə görə Azərbaycan xalqına və İlham Əliyevə təşəkkür edirəm. Azərbaycan öz qollarını və ürəyini Avropaya açdı. Bu axşam biz hamınızla sağollaşırıq. Lakin sizi gələcəkdə Azərbaycan keçiriləcək digər tədbirlərdə görməyə hər zaman şadıq”.

Mehriban Əliyeva oyunlarda könüllü olaraq çalışan bütün gənclərin də əməyini qiymətləndirdiyini vurğulayıb:

“Biz sizin köməyiniz olmadan bu yarışları keçirə bilməzdik. Sizin dəstəyiniz bizə güc verdi”.

Patrik Hikki də öz növbəsində çıxış edərək oyunların yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Açar sözlər:

Oxunub: 700