Etirazçılara 30 dəqiqə vaxt verildi (VİDEO)


14:51     29 İyun 2015 io44.jpg

Ermənistanın paytaxtında minlərlə etirazçı Baghramian prospektində toplaşıb, polisin dağılışmaq əmrinə itaət etməyib.


Femida.az xəbər verir ki, polis rəhbəri Vladimir Gasparian iyunun 28-də axşam etirazçılara göstəriş verib ki, Azadlıq Meydanını tərk etsinlər. Daha öncə Gasparian etirazçılara dağılışmaq üçün 30 dəqiqə vaxt verib. Onlara xəbərdarlıq olunub ki, əks halda “asayiş bərpa olunacaq”.

Ancaq etirazçılardan çoxu bu xəbərdarlığa məhəl qoymayıb, Baghramian prospektində oturaq aksiyanı davam etdirib. Etirazçılar arasında xeyli sayda qadınlar və uşaqlar var. Uşaqlar əllərində bayraq tutub. Polis azyaşlıların etiraz yerindən uzaqlaşdırılmasına dair xəbərdarlıq edib.

Polis bəyanatında media işçilərindən də tələb edib ki, polisə mane olmamaq üçün ərazini tərk etsinlər. Bu arada deputatlar, şou biznes təmsilçiləri, tanınmış ictimai xadimlər etirazçılarla polis arasında “canlı qalxan” yaradıb.

Bir həftədən çoxdur İrəvanın mərkəzində Electric Yeravan aksiyası davam edir. Nümayişçilər avqustun 1-dən elektrikin qiymətinin 16 faiz artmasına etiraz edirlər.İyunun 27-də Prezident Serzh Sarkisian deyib ki, müstəqil audit Rusiyaya məxsus elektrik şirkətinin qiymət artımı qərarının ədalətli olub-olmamasını araşdırana qədər hökumət “qiymət artımının yükünü” üzərinə götürəcək. Etirazçılar isə hökumətin qərarının ləğvini, iyunun 23-də aksiyanın zorakılıqla dağıdılmasına görə məsuliyyət daşıyan polis əməkdaşlarının cəzalandırılmasını tələb edir.

Açar sözlər:

Oxunub: 949


Oxşar xəbərlər