Çempion yatıb qaldı - Bakıda


15:20     29 İyun 2015 1779997_869907879755410_9147890280715344447_o_600.jpg

Ukrayna millisinin üzgüçüsü Andrey Xlopçov Avropa Oyunlarında 27 iyun keçirilən yarışlara qatıla bilməyib.


Buna səbəb idmançının səhər vaxtında yuxudan ayılmaması olub.

Bunun nəticəsində Ukrayna millisi qarışıq 100 metr kompleks ötürmə yarışlarına qatılmayıb.

“Ukrayna millisinin lideri Andrey Xlopçev yatıb qalaraq səhər saatlarında olan yarışa qatılmayıb. Onu təcili şəkildə başqa idmançı ilə əvəz etmək mümkün olmayıb”, - deyə KİV vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Andrey Xlopçov Avropa Oyunlarında üzgüçülük üzrə 50 metr batterflyay yarışlarında qızıl, 50 metr arxa üstə yarışlarında isə bürünc medal qazanıb. /azvision.az/

Açar sözlər:

Oxunub: 1783