Aktrisamızın Azərbaycanı alçaltdığı - MÜSAHİBƏ


17:44     16 Aprel 2015 a106b7a1-9e7a-4cec-b037-66e9b4a889f3.jpg

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Bakıda mətbuat konfransı keçirib. Nəsrin Cavadzadədən dünən müsahibələr alan, uzun-uzadı yazılar yazan Türkiyədə çap edilən “AGOS” qəzetinə müsahibəsində alçaltdığı, heçə saydığı Azərbaycan mediası idi.

Qısa xatırlatma

Oxumadığı Əkrəm Əylislini erməni qəzetinə müdafiə edən aktrisamızın erməni qəzetinə olan müsahibəsini sizə təqdim edirik:


- Əkrəm Əylisli haqda “tvit” atanda başına gələcəkləri təxmin edirdinmi?

- Əlbəttə. Azərbaycanda hər an insanın başına pis bir hadisə gələ bilər. Qorxu ilə böyüdülən bir gənclik yetişib. Onlar mənim nə etdiyimi başa düşməyə bilərlər. Çünki, rejimdən qorxuları var. Türkiyədə oturub Azərbaycana etirazını bildirmək çətin deyil. Əkrəm Əylisli ölkəsində sürgün həyatı yaşayır. Bunu ilk dəfə Türkiyə mətbuatında sizin dilə gətirdiyinizə görə təşəkkürümü bildirirəm. Nəsrin Cavadzadə olaraq Azərbaycanda öz ölkəsində məmnun yaşayan insanlara etiraz səsimi ucaldıram.

- Bayaq söhbət zamanı dedin ki, biz düşmən deyilik. İnsanlar düşmənçilik hissləri ilə doğulmur.

- Bəli. İnsanlara müəyyən zaman içində bu hissləri aşılayırlar. İndi Azərbaycanda içində düşmənçilik toxumu cücərən, millətçilik dərdində olan nəsil yetişdirirlər. Fikrini deyirsənsə, ona siyasi don geyindirib sənə problem yaradırlar.

- Azərbaycan mediası haqda nə düşünürsən?

- Azərbaycan mediası Türkiyə mediası ilə münasibətdə çox geridədir. Müstəqil media yox dərəcəsindədir. Fərqli fikir deyən hamıya qarşı aqressivlik göstərilir, təhdidlər olur.

- Əkrəm Əylislinin “Daş yuxular”ı yazmaqda məqsədi nə idi?

- O, xalqa keçmişini xatırlatmağa çalışırdı. Azərbaycanlılar illərlə ermənilərə “qardaş” deyib. 11 yaşımdan Azərbaycandan çıxmışam. Ancaq o vaxta qədər ailəmin saysız-hesabsız erməni dostları olub. Sonra isə Qarabağ hadisəsi oldu. Hər iki tərəf itki verdi. Mənim erməni qonşularım məcburən ev-eşiklərindən olub Ermənistana getdilər. Azərbaycan hakimiyyəti isə Əkrəm Əylislinin iki xalqı yenidən dosta çevirmək cəhdini bəyənmədi. “

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 1928


Oxşar xəbərlər