Milli Qəhrəman Rafiq Alıcanovun doğum günüdür - VİDEO
14:01 11 İyul 2016
Alıcanov Rafiq Cəfər oğlu 11 iyul 1965-ci ildo Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açıb. Ailələri Ağstafa rayonunun Köçvəlli kəndinə köçdüyündən, Rafiq səkkizinci sinfə kimi bu kənddə təhsil alır.
O, Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini başa çatdıran Rafiq, təyinatla Ukraynanın Dneprodzerjinsk şəhərinə göndərilir və öz ixtisası üzrə xidmətə başlayır.
1988-ci il... O, tez-tez Azərbaycandan həyəcanlı xəbərlər alır. Soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsinə, ev-eşiklərinin talan edilib yandırılmasına dözə bilməyərək, 1992-ci ildə Vətənə qayıdır. Gənc zabitin hərbi təcrübəsini nəzərə alıb, onu Tovuz rayonunda yerləşən hərbi birləşmələrdən birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edirlər. Bir müddətdən sonra işini başqa yerə - Gəncə şəhərindəki 200 saylı hərbi hissəyə dəyişirlər. Onun şərəfli döyüş yolu Qazax , Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Kapitan rütbəsinə yüksələn Rafiq Alıcanov Füzuli bölgəsində gedən ağır döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində qəhrəmancasına həlak olur.
Ailəli idi. Bir qızı, bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Köçvəlli kəndində dəfn edilib.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində adına küçə var. Təhsil aldığı Köçvəlli kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Ağstafa şəhərində büstü qoyulub.
Femida.az
Oxunub: 2983
Oxşar xəbərlər
- Milli Məclis bu tarixdə toplanır
- Milli Məclis dünya azərbaycanlılarına müraciət ünvanlayıb
- Milli Turizm Təbliğat Bürosu ilə yekun vurdu
- Milli Məclis 25 qanuna dəyişiklikləri təsdiqlədi
- Milli Məclisdə deputatlar arasında gərgin müzakirə - Ordu ilə bağlı
- Milli Məclis toplanır
- Milli Məclisin iclası keçiriləcək - 38 məsələ müzakirə olunacaq
- Milli Məclisin sonuncu iclasının vaxtı məlum oldu
- Milli Məclisin saxlanma xərcləri artırılır
- Milli Məclis toplaşır - Bu gün iclas keçiriləcək