“Hesablama Palatası haqqında” yeni qanun layihəsi hazırlanıb


17:46     16 Aprel 2015 b045f3cbb82930e3c82bcc84ad63ad50.jpg

Femida.az APA-ya istinadən xəbər verir ki, beynəlxalq ekspertlər və məsləhətçi şirkətlər, tərəfdaş ölkələrin Ali Audit Qurumları və Hesablama Palatasının birgə iştirakı ilə Ali Audit Qurumlarının beynəlxalq standartları (İSSAİ-lar), beynəlxalq təcrübə öyrənilib, Hesablama Palatası ilə bağlı qanunvericilikdə təkmilləşdirmələrin vacib olduğu müəyyən edilib.
Təhlillər nəticəsində mövcud qanunvericiliklə Hesablama Palatasının dövlət vəsaitlərinin və dövlət əmlakının idarə edilməsində və əhatəliliyində, xüsusi ilə Lima Bəyannaməsinə əsasən büdcədə əks edilib-edilməməsindən və necə əks edilməsindən asılı olmayaraq dövlət maliyyəsi üzrə bütün əməliyyatlara nəzarətdə, maliyyə-büdcə nəzarətinin obyektləri tərəfindən Hesablama Palatası ilə münasibətlərdə hesabatlılıqda və bir sıra digər məsələlərdə qanunvericilikdə boşluqların olduğu, nəzarət tədbiri keçirilən obyektlərdən kommersiya sirri təşkil edən məlumatların əldə edilməsində boşluqlarla yanaşı məhdudiyyətlərin olduğu, eləcə də qüvvədə olan “Hesablama Palatası haqqında” qanunda və Hesablama Palatasının Daxili Nizamnaməsində bir çox hallarda təkrarlanmaların və bəzi məsələlərdə qeyri-müəyyənliklərin mövcudluğu müəyyənləşib. Göstərilən boşluqların, qeyri-müəyyənliklərin və ziddiyyətlərin aradan qaldırılması və vahid təkmil hüquqi bazanın yaradılması istiqamətində məsləhətçilər tərəfindən yeni qanun layihəsinin hazırlanması təklifi irəli sürülüb və Hesablama Palatasının fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə qeyd edilən çatışmazlıqlar nəzərə alınmaqla, məsləhətçilərlə birgə yeni qanun layihəsi hazırlanıb. Hazırlanmış yeni qanun layihəsində Hesablama Palatasının maliyyə-büdcə nəzarətinin obyektlərində Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (İNTOSAİ) standartları əsasında maliyyə büdcə-nəzarəti fəaliyyəti, maliyyə, uyğunluq, səmərəlilik auditi keçirmək, analitik fəaliyyət və monitorinqlər aparmaq, maliyyə-büdcə nəzarətinin obyektlərindən maliyyə hesabatlarının və zəruri sənədlərin əldə edilməsi, obyektlərin və onların struktur vahidlərinin elektron uçot məlumat bazalarına birbaşa və ya çıxış imkanının yaradılması, obyektlərin fəaliyyəti ilə birbaşa və ya dolayısı ilə əlaqəsi olan sahələrə daxil olmaq, maddi və qeyri-maddi qiymətlilərin mövcudluğunu yoxlamaq, müvafiq şəxslərdən və auditin predmeti ilə əlaqədar digər şəxslərdən izahatlar, arayışlar və məlumatlar almaq, dövlət borcu, qrantlar və maliyyə (texniki) yardımları, satınalmalar, dövlət proqramlarına ayrılan vəsaitlər üzərində nəzarət, daxili nəzarətin qiymətləndirilməsi və Hesablama Palatasının səlahiyyətlərinin icrası ilə bağlı beynəlxalq standartlarla müəyyən edilmiş digər zəruri tələblərə uyğun müddəalar əksini tapıb.

Femida.az

Açar sözlər:

Oxunub: 837


Oxşar xəbərlər