İspaniya mətbuatı Avropa Oyunlarından yazdı
17:18 29 İyun 2015
İspaniya mətbuatı da Avropa Oyunlarının bağlanış mərasiminə geniş yer ayırıb.
Trend-in məlumatına görə, bu ölkənin produccion.notitarde.com saytı mərasimdə aktyorların çıxışlarını yüksək qiymətləndirib, incəsənət adamlarının səhnə göstərilərini "çox təsirli" adlandırıb.
Sayt Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bağlanış mərasimindəki çıxışına diqqəti yönəldərək onun bu oyunların bütün gözləntiləri üstələdiyini söylədiyini qeyd edib. Sayt Azərbaycanın bu tipli beynəlxalq tədbirlərə ev sahibliyi etməklə özünü dünyada tanıtmaq istədiyini vurğulayıb: "Son məqsəd Olimpiya Oyunlarına ev sahibliyi hüququnu əldə etməkdir".
Bağlanış mərasimindən gözəl görüntülərin yer aldığı məqalədə paralimpiyaçı İlham Zəkiyevin qələbəsinə də toxunulub və onun qələbəsini Milli Ordu Günü prezident İlham Əliyevə hədiyyə etdiyi xüsusi qeyd olunub.
Məqalədə 2019-cu il Avropa Oyunlarına ev sahibliyi etmək üçün 3 ölkəylə danışıqların aparıldığı haqqında da məlumat verilib.
Oxunub: 920
Oxşar xəbərlər
- İspaniyada taksi sürücüləri tətil keçirir
- İspaniyada faciəvi qəza - Qatar relsdən çıxdı
- İspaniya Kataloniyanın muxtariyyət statusunu ləğv edir
- İspaniyadakı iğtişaşlarda 3 nəfər öldürülüb
- İspaniya mətbuatı: Çempionlar Liqasının finalı Bakıda keçiriləcək
- İspaniyada 17 yaşlı terrorçu axtarılır
- İspaniyada üçüncü terror aktı törədilib
- İspaniyada terror aktını törədənin kimliyi məlum olub - FOTO
- İspaniyada növbəti terror aktı - Türk restoranına silahlı hücum edildi
- İspaniyada 1 avroya bank satılıb