“Qanuni oğruların” ağıllandığı məkan


18:30     29 İyun 2015 ağll.jpg

“Texnologiya yox idi. Küçə polisləri var idi. “Qanuni oğru” ların boynuna bir polis minərdi və şöbənin koridorlarında “qanuni oğru” həmin polisi gəzdirərdi. “Qanuni oğrular” bu əsnada “ Ən böyük Türk polisi” deyə bağırardı”.


Söhbət “oğru” aləminin bir vaxtlar işgəncələrlə dolu qorxulu yuxusu olan “Qayrettepe” kimi tanınan Qayrettepe Asayiş Şöbə Müdürlüyündən gedir. 1984-cü ildən fəaliyyət göstərən Qatretepe Asayiş Şöbə Müdirliyində cinayət, əxlaq, oğurluq, dolandırıcılıq büroları mövcuddur. Sorğulama otağında divarlar, tavan, stullar, bir sözlə otaqdakı hər şey ağ rəngdədir. Ağ rəngin saflıq, təmizlik, soyuqqanlılıq, hüzur və güvən aşıladığı otaqda bu kompozisiyanın seçilməsində məqsəd ittiham olunan şəxslərin psixoloji baxımdan rahatlanmasıdır.

“Qayrettepe” nin son qonaqlarından biri Türkiyədə tanınmış qanuni oğru Onur Özbizerdik olub. Şöbənin girişində o, jurnalistlərin verdiyi suala əsəbləşərək təhqiramiz ifadələr deyib, hətta media işçilərinin üstünə yeriyərək onları hədələyib. Polis işçilərinin çətinliklə içəri soxduğu Onu Özbizerdik bir gün sonra həmin binadan olduqca sakit bir şəkildə çıxıb.

Mafya babalarının psixoloji baxımdan işgəncələrə məruz qaldığı “Qayrettepe” də o vaxtlar gənc bir polis bu cəza evi ilə bağlı aşaağıdakı fikirləri söyləyib: “Texnologiya yox idi. Küçə polisləri var idi. “Qanuni oğru” ların başına bir polis minərdi və şöbənin korridorlarında “qanuni oğru” həmin polisi gəzdirərdi. “Qanuni oğrular” bu əsnada “ Ən böyük türk polisi” deyə bağırardı”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1516