Şəhidin məzar daşı bu gün qoyulacaq


16:07     12 İyul 2016 sehid%20elvin5.jpg

Aprel döyüşlərində şəhid olan Elvin Mirzəyevin qəbrinin üstü bu gün qoyulacaq.


Bunu Femida.az-a açıqlamasında şəhidin qardaşı Namiq Mirzəyev bildirib.

O qeyd edib ki, E.Mirzəyevin qəbrinin üstünün düzəldilməsini Xaçmaz Rayon İcra Hakimiyyəti öz üzərinə götürüb: “Dünən icra hakimiyyəti bizim ailəni qəbul edib Elvin Mirzəyevin təltif olunduğu medalı ailə üzvlərinə təqdim etdi. Orada bütün ailə üzvləri iştirak etdi. Dünən yüksək səviyyədə bir görüş keçirildi. İcra başçısı bildirdi ki, qəbrin üstü bu gün qoyulacaq”.

Xatırladaq ki, bu məsələni ilk dəfə Femida.az saytı ictimailəşdirdi. Bundan sonra digər mətbuat orqanları da dəstək verdilər.

Xaçmazda şəhidə hörmətsizlik – Qəbiri düzəltməyə idarə tapılmır

`Şəhid analarını görmədinizmi?`- Jurnalistdən icra başçısına açıq məktub

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 5710