Azərbaycan, Türkiyə və Türkmənistan liderləri görüşəcəklər


20:39     29 İyun 2015 400805627.jpg

2015-ci ilin sonunda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri arasında növbəti üçtərəfli görüş reallaşacaq.


Femida.az xəbər verir ki, bu barədə Sputnik-ə məlumat diplomatik mənbədən daxil olub.

Diplomatik mənbə deyib ki, görüş 2015-ci ilin dekabrında Aşqabadda keçiriləcək. Artıq bu məsələ ilə bağlı tərəflər arasında razılıq əldə olunub.

Tərəflər Birinci Avropa Oyunlarının açılış mərasimində keçirilən görüşlərində bu məsələni müzakirə ediblər.

Mənbə bildirib ki, görüşdə əsasən üçtərəfli əlaqələrin inkişaf perspektivləri, xüsusən də nəqliyyat, tranzit, iqtisadiyyat və enerji sahəsindəki əməkdaşlığın inkişaf etdirlməsi və bu yöndə konkret layihələrin reallaşdırılması məsələsi müzakirə ediləcək.

Görüşdə eyni zamanda enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı olaraq mümkün variantlar və bu istiqamətdəki layihələrin həyata keçirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılacaq.

Açar sözlər:

Oxunub: 883