Monitorinqin nəticələri açıqlanıb - Cəbhədəki yanğınlarla bağlı


01:43     30 İyun 2015 cebr.jpg

Ermənistanla qoşunların təmas xətti boyunca törədilmiş yanğınların “Azersky” peyki vasitəsilə aparılmış monitorinqinin nəticələri açıqlanıb.


Femida.az “Azərkosmos” ASC-yə istinadən bildirir ki, Azərbaycanın ilk məsafədən müşahidə peyki olan və yüksək ayırdetmə qrupuna daxil olan “Azersky” peykinin geniş tətbiq imkanlarından biri də çox qısa müddət ərzində və yüksək dəqiqliklə bu yanğınlar üzərində monitorinq aparmaq və dəymiş ziyanın hesablanması üçün dəqiq baza yaratmaqdır.

Bu ilin may ayında “Azersky” peykindən əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunmuş seminarda qeyd edilib ki, yanğınlar başlayan vaxtdan etibarən operativ olaraq “Azersky” peyki vasitəsilə əksər yanğın bölgəsi üzərində monitorinqlər aparılıb, yanğınların müntəzəm olaraq genişlənmə və yayılma istiqamətləri izlənilib.

“Azersky” peykindən əldə olunmuş təsvirlərin təhlilindən aydın olur ki, monitorinq aparılmış bölgələrdə yanmış ərazilərin ümumi sahəsi təxminən 700 km2 təşkil edir. Yanğın nəticəsində ətraf mühitə, o cümlədən ərazinin yaşıl kütləsinə ziyan dəyib.

Açar sözlər:

Oxunub: 871


Oxşar xəbərlər