Gürcülər erməni deputatı pərt elədi


18:47     16 Aprel 2015 narikala2.jpg

Femida.az-ın vesti.az-a istinadən verdiyi məlumata görə, Gürcüstan parlamentində Axalkalakidən seçilən Samvel Petrosyanın tələbi boşa çıxıb. Belə ki, erməni deputat qondarma erməni soyqırımı məsələsini gündəmə gətirmək istəyib.

“Gürcü arzusu“ dan seçilmiş deputat Azər Süleymanovun əsaslı etirazından sonra parlamentdə məsələnin gündəmə gətirilməsi mümkün olmayıb. Azər Süleymanov ermənilərin 1918-ci ildə Bakı və Şamaxıda, 1992-ci ildə Xocalıda azərbaycanlıların başına gətirdiyi bəlalardan danışıb. Azərbaycanlı deputat bildirib ki, qondarma soyqırım haqda Gürcüstan parlamentində danışmaq, Gürcüstan-Azərbaycan, Gürcüstan -Türkiyə münasibətlərinə kölgə salmağa hesablanıb: “Nə qədər ki, Gürcüstan parlamentində azərbaycanlı deputat var, burada uydurma soyqırımdan söhbət gedə bilməz. “

Qeyd edək ki, gürcü dilindən üzündən düzgün oxuya bilməyən erməni deputat Samvel Petrosiyan gərginlik yaradıb. Samvel Petrosiyanın yalançı soyqırımı bir dəqiqəlik sükutla anmaq təklifinə gürcü deputatlar müsbət cavab verməyib.

Femida.az
Günay Arda


Açar sözlər:

Oxunub: 738