Ərəblərin Fransa nifrəti – Niyə məhz istiqlaliyyət günü?


16:03     15 İyul 2016 nice15.07%20(11)9.jpg


Xəbər verdiyimiz kimi, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb. İlkin məlumata görə, ölənlərin sayı 80 nəfəri keçib, 100-dən çox insan isə yaralanıb.

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda istifadə olunan yük maşınında silah və qumbaralar aşkarlanıb. Yük maşınını idarə edən şəxs 31 yaşlı Tunis əsilli Nitsa şəhər sakini olub. Bu barədə yerli “Nice Matin” nəşri xəbər yayıb.

“iTele” telekanalının məlumatına görə, qeyd olunan şəxs xırda qanun pozuntularla əlaqədar hüquq-mühafizə orqanlarının nəzarətində olub. Lakin, onun terrorçularla əlaqədə olması indiyədək qeydə alınmayıb.

Rəsmi qurumlar hadisəni terror aktı adlandırıb.

Hər kəsin ağlına bu sual gəlir: Niyə məhz Fransa? Və yaxud da terrorçular Fransada partlayış törətməkdə niyə bu qədər maraqlıdır?

Politoloq Qabil Hüseynlinin fikrincə, terror aktı üçün Fransa məqsədli şəkildə seçilib:

“Son dövrlər İŞİD-in Fransada fəallığı xeyli artıb. İŞİD ərəb dünyasının ərsəyə gətirdiyi İslam adına biabrçı qurumdur. Fransada isə ərəb əsilli insanların sayı kifayət qədərdir. Avropaya gözdağı vermək üçün hər dəfə Fransanın seçilməsi də əbəs yerə deyil. Avropanın mərkəzində terror aktı törətməklə İŞİD bir növ bütün Avropaya göz dağı vermək istəyir. Fikirimcə, təhlükəsizlik tədbirlərinin çox aşağı səviyyədə olması da bu cür terror aktlarının törədilməsi üçün zəmin yaradır”.



Politoloq hesab edir ki, Fransada yaşayan ərəblər bu ölkənin milli təhlükəsizliyi üçün hədədir:

Ərəblər Fransada kriminal elementlər səviyyəsindən yuxarı qalxa bilməyiblər. Bir neçə ay bundan əvvəl Fransada maşınlar yandırılırdı, gecələr müəyyən saatlarda insanlara qarşı soyğunçuluq aktı törədilir. Bütün bu faktların arxasında Ərəb ölkələrindən çıxmış miqrantlar dayanır. Fransada ərəblərin yaşadığı xeyli sayda gettolar var. Bu gettolar isə terrorçu qruplaşmaların sığındığı məkandır. Fransa, İsveçrə, Hollandiya kimi ölkələrin ən ciddi problemləri oxumamış, təhsil görməmiş, Avropa mədəniyyətinə yiyələnməmiş miqrantlarla bağlıdır. Həmin miqrantlar hər an bu ölkələrin milli təhlükəsizliyinə xələl gətirə bilər. Düşünürəm ki, sonuncu terror aktından sonra mümkündür ki, vətəndaşlığı olmayan ərəblərin ölkədən deportasiyası ilə bağlı qərar verilsin.

Qabil Hüseynli bildirdi ki, terror aktı üçün Fransanın istiqlaliyyət gününün seçilməsi simvolik məna daşıyır:

“Əslində dünən Fransanın istiqlaliyyət günü idi. Terror üçün həmin tarixin seçilməsi də əbəs yerə deyil. Terrorçular bununla da Fransanın milli qürurunu təhqir etmək istədilər. Fransaya göstərmək istədilər ki, sizin əziz gününüzü qara bayrama çevirə bilərik”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2331