Hakimliyə nazmizədlərin imtahan vaxtları bilindi


21:25     15 İyul 2016 file1241707174092.jpg

Hakimlərin Seçki Komitəsi bildirir ki, vakant olan hakim vəzifələrinə namizədlərlə yazılı imtahan avqust ayının 12-də Bakı İdman Sarayında (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 26a) keçiriləcək.


Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini avqust ayının 9-dan, iş vaxtı ərzində, Hakimlərin Seçki Komitəsindən şəxsiyyət vəsiqəsini təqdim etməklə almalı və imtahan verilən binanın qarşısına İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.

İmtahana gələrkən İmtahana buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi mütləq gətirilməlidir. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır.

Əlaqə telefonları: (012) 510-22-97; (051) 510-22-97

Femida.az

Açar sözlər:

Oxunub: 2431