“Xainlər cəzalandırılmalıdır” - Aqil Abbasdan Ərdoğana dəstək


14:08     16 İyul 2016 1468481012_aqilabbas2.jpg

“Türkiyəni Suriyaya çevirmək istədilər”


Bu sözləri Femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

Millət vəkilinin sözlərinə görə, Türkiyə xalqı son hadisələrdən üzüağ çıxdı:

“Söz vermişdim ki, qəzetlərə və saytlara Ərdoğanla bağlı müsahibə verməyəcəm. Lakin bu, başqa məsələdir. Qısaca deyə bilərik ki, xaricdən idarə olunan qüvvələr məğlub oldular. Vətənə xəyanət edən cəzalandırılmalıdır. Mən əminəm ki, xaricdən qiyamçılara dəstək verənlər olub. Lakin Türkiyə xalqı ayağa qalxdı və iradəsini ortaya qoydu”.

Ərdoğanın bu çevriliş olayını məqsədli şəkildə həyata keçirdiyi ilə bağlı bəzi KİV-lərin yaydığı məlumatlara toxunan Aqil Abbas bu məlumatların cəfəngiyat olduğunu bildirdi:

“Ərdoğanın səs qazanmaq üçün bu yola əl atdığına inanmıram. Bu çevriliş Türkiyəni Suriyaya çevirmək istəyənlərin məqsədi idi, lakin həyata keçirə bilmədilər. Allaha çox şükür ki, Türkiyədə əmin-amanlıq bərpa olundu”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3611


Oxşar xəbərlər