Prezidentliyə namizəd işdən qovulub


16:07     30 İyun 2015 11651361_1455452911441303_1525112960_n.jpg


NBC televiziya kanalı Donald Trumpu işindən azad edib.

ABŞ-ın NBC telekanalı miqrantlarla bağlı verdiyi açıqlamalara görə,2016-cı ildə keçiriləcək prezident seçkilərində “Respublikaçılar” partiyasından namizədliyini irəli sürmüş tanınmış iş adamı Donald Trumpun işinə son verib.
ABŞ-da keçiriləcək 2016-cı il prezident seçkilərində “Respublikaçılar” partiyasından namizədliyini irəli sürmüş iş adamı Donald Trump ispan əsilli miqrantlarla ilə bağlı dediyi sözlərə görə diqqətləri üzərinə çəkib.
NBC telekanalından verilən rəsmi açıqlamaya görə Trump və NBC arasında ortaq yayın obyekti olan “Miss USA” və “Miss Universe” bunndan belə yayınlanmayacaq, “Celebrity Apprentice” proqramı isə yayınına Donald Trumpsuz davam edəcək.
NBC telekanalının rəsmi açıqlaması bu şəkildədir:
“Bütün insanlara hörmət və heysiyyət NBC-nin təməl prinsiplərindəndir. NBC Donald Trumpun miqrantlarla bağlı dediyi alçaldıcı fikirlərə görə onunla iş əlaqəsini sonlandırır”.

Donald Trump 2016-cı il də ABŞ prezidentliyinə namizədliyini irəli sürərkən etdiyi açıqlamada qeyri-qanuni miqrantları necə idarə edəcəyini bildirmişdi. O, Meksikadan gələn miqrantları xüsusilə vurğuladı. Donald Trump Meksika sərhədlərindən daxil ola biləcək miqrant axınının qarşısını almaq üçün böyük bir hasar çəkəcəyini və bu hasarın çəkilişinə Meksika dövlətinin üstlənəcəyini vurğulamışdı.

Donald Trump Meksika sərhədlərindən ABŞ-a narkotika alverçiləri və müxtəlif cinayətkar qrupların daxil olduğunu vurğulamışdı.

Qeyd edək ki, NBC keçən aylarda İraq müharibəsi ilə bağlı yalan dediyinə görə xəbərlər proqramının aparıcısı Brian Villiams işindən azad edilmişdi.






Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 758