“ASAN xidmət” Qazaxda
16:36 30 İyun 2015
İyulun 1-dən 15-dək Qazax, Tovuz, Ağstafa rayonlarının 350 000-ə yaxın sakini Səyyar ASAN xidmətdən Qazax rayonunda yararlana biləcək.
Femida.az-a ASAN-dan daxil olan məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Qeyd edək ki, cari ilin sonuna kimi Səyyar ASAN xidmət bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.
Oxunub: 741
Oxşar xəbərlər
- “ASAN xidmət”ə 19 milyonuncu müraciət — FOTO
- “ASAN xidmət” işçilərinin peşə bayramı günü təsis edildi
- “ASAN xidmət” korrupsiyaya qarşı ən səmərəli vasitədir - Prezident
- “ASAN xidmət”də işləmək istəyənlərin nəzərinə!
- “ASAN Akademiya - 2017”yə start verildi
- “ASAN Məktub” Masallıda - FOTOLAR
- “ASAN peşə” üzrə sənəd qəbulu başa çatdı
- “ASAN viza”nın imkanları araşdırılıb
- “ASAN peşə”yə sənəd qəbulu davam edir
- “ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başladı