Azərbaycanlı hüquq müdafiəçiləri cinsi azlıqlardan imtina edir


17:43     30 İyun 2015 IMAGE-blog-2015-04-29.jpg

“Bu sahədə min qurum var, onlar da cinsi azlıqların hüquqları ilə məşğul olsunlar”; “Bu barədə müsahibə verməyəcəm, bu təşkilatların öz dərin təşkilatları var. Onlardan müsahibə alın”; “Cinsi azlıqlara qarşı ayrı-seçkilik və ya hər hansı diskiriminasiya mövcud deyil”...


Bütün dünyada cinsi azlıqların hüquqaları yenə gündəmdədir desək yanılmarıq. Belə ki, bir neçə gün əvvəl ABŞ-ın Ali Məhkəməsi bütün ştatlarda eynicinsli nikahı qanuni elan edib. Artıq 14 ştat bundan sonra eynicinsli nikaha qoymuş olduğu qadağanı tətbiq edə bilməyəcək. ABŞ-da qadağanın qaldırılması Türkiyədə də cinsi azlıqları ayağa qaldırdı. Hər il olduğu kimi onlar Taksim meydanında “Onur yürüşü” adlı aksiya keçirdilər.

Dünyada baş verən bu proseslər Azərbaycan mediasında dəfələrlə gündəmə gətirilsə də, onların hüquqlarının müdafiəsi ilə məşğul olmuş, böyük məbləğdə qrantlar almış Qeyri-Hökumət Təşkilatından (QHT) isə hələ ki, səs-soraq çıxmır. Onu deyək ki, vətəndaş cəmiyyətinin formalaşmaqda olduğu Azərbaycanda da bir neçə LGBT (lesbian-gey-biseksual-trans) təşkilatı fəaliyyət göstərir. Mühafizəkar cəmiyyətimizdə onların hüquqlarını müdafiə etməklə məşğul olan bir neçə QHT də yaradılıb.

Bəs görəsən bir zamanlar cinsi azlıqların hüquqları ilə məşğul olmuş QHT-lər bu gün hansı işlər görür?

Femida.az məsələ ilə bağlı bir çox QHT sədrləri ilə müsahibəni tədim edir:

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu:

“Bu gün bizim təşkilat qadın haqlarını qoruyur. Cinsi azlıqlarla məşğul olan qurumlar var ki, qoy onlar məşğul olsunlar. Əvvəllər onların hüquqları ilə bağlı məşğul olurduq. Ancaq son vaxtlar təşkilatımız öz profilini dəyişib, ancaq qadın haqları ilə, siyasi məhbuslarla məşğul olur. Bir təşkilat on illərlə eyni məsələ ilə məşğul ola bilməz. Bu sahədə min dənə qurum var, onlarda cinsi azlıqların hüquqları ilə məşğul olsunlar”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə:

“Bu barədə müsahibə vermiyəcəm, bu təşkilatların öz dərin təşkilatları var. Onlardan müsahibə alın. Axtarsanız, taparsınız. Mən bilmirəm. Bizim təşkilat uşaqların hüquqları ilə məşğul olur”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova:

“Cinsi azlıqlarla bağlı ölkədə xüsusi proqram yoxdur. Onlar da digər insanlar kimi əgər hüquqları pozulursa, o halda təşkilatlara müraciət edilir və yardım alırlar. Yəni onlar ayrı-seçkiliyə məruz qalmayıblar. Bu gün Azərbaycanda LGBT təşkilatı formalaşıb və ölkədə dəfəaliyyət göstərir və kifayət qədərhəmin qrupaların problemləri ilə məşğul dur. Onların təşkilatı var. Bu onu göstərir ki, cinsi azlıqlara qarşı ayrıseçkilik və ya hər hansı diskiriminasiya mövcud deyil. Keçmiş MDB ölkələrinin heç birində LGBT qrupuna aid Qeyri-Hökumət Təşkilatı yoxdur. Ancaq Azərbaycanda onların hüquqlarını müdafiə edəcək təşkilat da var. Bu "Gender və Tərəqqi" təşkilatıdır.

"Gender və Tərəqqi" təşkilatının sədri Kamran Rzayev:

“Bizim təşkilatımız sahə barədə layihələr aparır. Xəstəlik, qoruyucu və s. bu növdə layihələrimiz var. Bizim cinsi azlıqların hüquqlarının müdfiəsi ilə bağlı hər hansı bir layihəmiz yoxdur. Bir neçə ildir biz yalnız cinsi azlıqların sağlamlığı ilə bağlı məşğul oluruq. Digər QHT –ləronlara ötəri yanaşırlar. Bu mənfi haldır. Çünki QHT-lər bir olmalıdırlar, insan hüquqları tərəfindən çıxış etməlidirlər. Kimliyindən asılı olmayaraq onların hüquqları ilə məşğul olmalıdırlar”.

Hüquq müdafiəçisi Sahib Məmmədov:

“Hesab edirəm ki, təbiətin qanunu hər şeydən üstündür. Ona görə, bu məsələdə hüquqların müdafiəsinin genişlənməsinin tərəfdarı deyiləm. Belə insanların da müəyyən hüquqları olmalıdır. Amma Qərb ölkələrində olduğu kimi belə qanunların geniş olmasını istəmirəm”.

Qeyd edək ki, adıçəkilən təşkilatlar Qlobal Fondun maliyyələşdirdiyi “Zərərin azaldılması” lahiyəsi çərçivəsində “həssas qrup” adlı təbəqəyə hüquqi, tibbi, psixoloji yardım göstərib. Həssas qrupa isə, cinsi azlıqlar, ailədaxili zorakılıq görmüş şəxslər, insan alveri qurbanları, narkotik istifadəçiləri, seks biznes işçiləri daxildir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1936