Zaminbankdan ittihamlara cavab: ” Krediti biz verməmişik”


17:56     30 İyun 2015 zb_logo%20(1).jpg



Ucar rayonu sakini Fətalıyev Məzahir Mikayıl oğlu Femida.az-a "Zaminbank" ASC-nin Göyçay filialının Ucarda yerləşən 18 nömrəli şöbəsinin müdiri Ziya Hüseynov onun xəbəri olmadan adına kredit rəsmiləşdirilməsi barədə məktub göndərib.

Femida.az məsələdə adı hallanan "Zaminbank" ASC-nin Ucar rayon 18 nömrəli şöbəsinin müdiri Ziya Hüseynovla əlaqə saxlayıb. Şöbə müdirinin fikirlərini təqdim edirik:
“ Şəxsin iddiasına görə o kredit götürərkən özü bankda zamin kimi olmayıb. Bu həqiqətə uyğun deyil. Hər iki krediti götürəndə özü şəxsən burada olub.Bunlar rəsmi sənədlərdi. Necə saxtalaşdırmaq olar ki, burada kameralar, sənədlər var. Lazım olsa, biz bunu məhkəmə ilə aydınlıq gətirə bilərik. Həmin şəxs deyir ki, krediti bizdən götürüb. Bu düzgün məlumat deyil. Kredit Göyçay filialına aiddir. Sənədləşmə işləri bizdə getməyib. Sadəcə onun hesabına pul köçüb, bizim şöbədən o pulunu götürüb. Biz sadəcə olaraq 18 saylı müstəqil şöbəyik. Bizdə hesab açılıb. Həmin şəxs bizdən pulu götürüb.”


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 1032


Oxşar xəbərlər