Vahid Mustafayevlə Mirşahin sərbəst buraxıldı


15:39     19 İyul 2016 mirsahin%20ve%20vahid.jpg

“ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və “ANS” Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayevin izahatları alınıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, onlar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahat veriblər və daha sonra sərbəst buraxılıblar.

Ötən gün axşam saatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziyanın server və texniki otaqları möhürlənib.

Telekanalın əməkdaşları televiziya binasına buraxılmır. Binada polis postu qoyulub.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, qeyd edilənlərlə bağlı ictimaiyyətə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 1207