Prezident Fərhad Hacıyevi təltif etdi


21:19     30 İyun 2015 JRsZSsx1HtXu.jpg

Bakıda keçirilən ilk Avropa Oyunlarının bağlanış mərasimindən sonra, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev də prezident İlham Əliyev tərəfindən “1-ci Avropa Oyunlarında nailiyyətinə və Azərbaycan idmanının inkişafına görə” Fəxri Diplomla təltif edilib.

Femida.az xəbər verir ki, bu barədə Fərhad Hacıyevin özü məlumat yayıb. Böyük minnətdarlığını bildirən içraçı direktor, Fəxri Diplomun fotosunu paylaşaraq şərh bildirib : “Təşəkkür edirəm cənab Prezident”.

Açar sözlər:

Oxunub: 1308