Təhlükəli iddia- İŞİD dini soyqrıma hazırlaşır!


20:50     16 Aprel 2015 images%20(4).jpg

Bir müddət əvvəl İraqın Rakka və Mosul vilayətlərində İŞİD düşərgələrini gəzib kitab yazan alman yazar Yurgen Todenhöfer İŞİD-in qorxunc planını izah edib. O, İŞİD-in dini soyqırım planlaşdırdığını bildirib.

Todenhöfer “Stern” jurnalına verdiyi reportajda hətta bildirib ki, kitabı yazmaq üçün getdiyi İŞİD-lə görüşdə ölümü də gözə alıb. Onun sözlərinə görə, oğlu ilə birlikdə dörd zəhərli dərman götürüb ki, İŞİD əsir götürərsə, özünü öldürsün.

O, İŞİD-in dini təmizlik hərəkətləri etməyi planlaşdırdığını bildirib və bunun narahatlıq doğurduğunu vurğulayıb: “Onlar soyqırım aktı planlayırlar. İndiyə qədər insanlıq tarixində edilənləri kölgədə qoyacaq dini təmizlik hərəkəti planlaşdırırlar”.

Onun sözlərinə görə, İŞİD-in bir çox başkəsmə hadisəsində cəllad olaraq xatırlanan “cihadçı Jon”la da rastlaşıb: “Onunla mübahisələrimiz oldu. Onlar üçün biz qanlı düşmənik”.

Todenhöfer etdiyi gəzinti zamanı əvvəllər moizə oxuyan, vaizlik edən şəxsin orada hakimlik etdiyini də görüb: “Əvvəlki hakim dünya qanunlarını Allahın qanunlarından üstün tutduğu üçün edam edilmişdi”.

Gülnarə Eynullaqızı

Açar sözlər:

Oxunub: 760