Biznesmenin sürücüsünün qatili tapıldı


18:30     21 İyul 2016 856795b4210c5b05ab5c9fd6e19c0c4a__1440x.jpg

Moskvadakı “Şeş-beş” restoranlar şəbəkəsinin sahibi Qeys Məmmədovun sürücüsünün öldürülməsinə görə Moskvada yerləşən Osetiya cəmiyyətinin rəhbəri Valeriy Kabolov və onun oğlu 24 yaşlı İnal saxlanılıb.


Femida.az xəbər verir ki, istintaqın versiyasına görə, məhz Kobalov və onun oğlu sürücünün qətlini sifariş ediblər. Belə ki, bir həftə öncə qətl törətməkdə şübhəli bilinərək saxlanılan “killer” SK öz izahatında Qeys Məmmədovun sürücüsünü Valeriy Kabolov və onun oğlu 24 yaşlı İnalın sifarişi ilə qətlə yetirdiyi etiraf edib.

Qeyd olunub ki, sürücü etnik qruplaşmalar arasındakı biznes sövdələşməsinin qurbanı olub. Həmin etnik qruplaşmaya Azərbaycan və Şimali Osetiya vətəndaşları daxil olub və onların ortaq biznesi olub.

Araşdırma zamanı məlum olub ki, o, Moskvann mərkəzində yerləşən binanın bölgüsü zamanı yaranan narazılıq nəticəsində qətlə yetirilib. Ata və oğula yaxın günlərdə ittiham irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, Qeys Məmmədovun sürücüsü başından güllə ilə vurulub. Daha sonra yataq kisəsinə salınaraq Moskva çayına atılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1689