Hüquqşünasların nəzərinə! Vəkilliyə sənəd qəbulunun müddəti uzadıldı


19:05     21 İyul 2016 vekil%20koleg.jpg


Femida.az xəbər verir ki, dünən Azərbaycan Repsublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.İclasda təşkilati və Rəyasət Heyətinin səlahiyyətləri çərçivəsində digər aidiyyəti məsələlər barədə müzakirlər aparılmış, hazırda davam edən vəkilliyə namizədlərin sənədlərinin qəbulu prosesinin müddətinin uzadılması ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, vəkilliyə namizədlərin sənədlərinin qəbulu 01.12.2016-cı il tarixədək uzadılıb.

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər:

1.Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2.Şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;
3.Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
4.Əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
5.Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
6.3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
7.Kadrların şəxsi məlumat vərəqəsi;
8.Tərcümeyi hal.

Sənədlər Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48-də yerləşən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında bu ilin dekabr ayının 1-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 14:00-dan 18:00-dək qəbul olunur.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin əlaqə telefonlar: 596-32-71, 594-14-95.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 8-ci maddəsinə əsasən, imtahanların keçirilməsi tarixi barədə isə əlavə məlumat veriləcəkdir.



Femida.az

Açar sözlər:

Oxunub: 4638