Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı


23:07     21 İyul 2016 vekil1.jpg

Tanınmış vəkil Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırılıb.


Femida.az bildirir ki, bu barədə qafqazinfo-ya Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova məlumat verib. O bildirib ki, Şəfiqə Nağıyevanın fəaliyyəti ilə bağlı ötən gün kollegiyada iclas keçirilib:

"Qərara alındı ki, onun fəaliyyəti 6 ay müddətinə dayandırılsın. Haqqında olan iş materiallarının araşdırılması üçün Baş Prokurorluğa müraciət edildi. Buna səbəb isə müdafiə etdiyi şəxsdən külli miqdarda pul almasıdır. Bundan əlavə, Şəfiqə Nağıyeva Rəyasət Heyətinə hörmətsizlik edir, iclaslarda iştirak etmir və digər qaydaları pozur. Ona görə də onun vəkillik fəaliyyəti dayandırılıb".

Açar sözlər:

Oxunub: 3667


Oxşar xəbərlər