Cəbhədə nə baş verir?


15:19     01 İyul 2015 804170_47757.jpg

Cəbhə xəttində atəşkəs yenidən pozulub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 71 dəfə pozub.

Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Qızıloba, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Sarıcalı, Kəngərli, Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Alxanlı, Aşağı Əbdülrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Açar sözlər:

Oxunub: 1002