Aydın Mirzəzadə 100 illik yalandan danışdı


21:30     16 Aprel 2015 ayd.jpg

Millət vəkili Aydın Mirzəzadə Roma Papasının son günlərdəki erməni tərəfkeşliyinə, Avropanın Türkiyə və Ermənistan arasında qaldığı seçim haqda münasibət bildirib:

Avropa Türkiyə ilə Ermənistan arasında seçim edir ?
24 aprel tarixi yaxınlaşdıqca erməni millətçilərinin antitürkiyə isterikası güclənməkdədir. Dünya üzrə arzuladıqları şouya nail ola bilməyən "genosidçilər" xaricdə qopardıqları müxtəlif bəyanatlarla istəklərini az da olsa kompensasiya etməyə çalışırlar.

Əslən Argentinadan olan Roma Papası Fransiskin oradan olan erməni əsilli dostlarının tövsiyəsi ilə "genosid" hərəkatına dəstək verən bəyanat verdi və bunu reallıqla bağlamağa çalışdı. Ancaq o bu addımı ilə "Made in armenia" olan 100 illik bir yalana dəstək vermiş oldu və xristian dininin sülh dini olduğunu məqsədli surətdə unutduğunu gizlədə bilmədi.

Dünən isə Avropa Parlamenti uydurma "1915-ci il erməni soyqırımı" iddiasını öz qətnaməsi ilə dəstəklədi. Düzdür, AP-nin 616 üzvündən cəmi 61 nəfər deputatın bu qeyri-obyektiv qərarın qəbulunda iştirak etməsi heç yerdə vurğulanmadı.Qitə parlamentində qərarın qəbulu üçün kvorum yoxdur, ancaq qərar Avropa adından qəbul edilmişdir.

Daima dünyaya ədalət və sülh çağırışı edən Avropa 61 nəfər təmsilçisinin səsi ilə əvvəlki çağırışını qarşıdurma və ədalətsizliyi müdafiə çağırışına çevirdi.
Avropa Parlamenti Ermənistanın Türkiyəyə qarşı böhtanlarını dəstəkləməklə öz tarixinin ən biabırçı qərarını qəbul etmiş oldu. Birinci dünya müharibəsində erməni hərbi birləşmələrinin Osmanlıya qarşı qanlı mübarizəsinin nəticələrini ədalətsiz şəkildəTürkiyənin adına yazmış oldu. Türkiyə hökumətinin həmin dövrün arxivlərini açmaq barədə təklifinə Ermənistanın razı olmaması faktını isə Avropa Parlamentində heç kim eşitmək istəmədi.

Avropa Parlamenti "genosidçilər" hərəkatının Türkiyəyə qarşı iddialarının arxasında Ermənistanın Türkiyəyə qarşı torpaq iddialarının durduğunu və dünyanın siyasi xəritəsini dəyişmək istəyinin olduğunu məqsədli surətdə görmək istəmir. Necə ki, həmin parlamentərilər Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini və XX əsrin ən dəhşətli facilərindən olan Xocalı faciəsini törətdiyini də israrla görmək istəmir.

Avropa Parlamenti dünənki qətnaməsi ilə Türkiyə ilə Ermənistan arasında seçimində Ermənistana üstünlük verdi. Ancaq parlament bununun siyasi nəticələrini təssüf ki, nəzərə almaq istəmədi.

Femida.az

Açar sözlər:

Oxunub: 1350