Ölən erməni əsgərini Bakı ilə nə bağlayır?- Anası danışdı


15:27     23 İyul 2016 ermeni%20bakili24.jpg

Bu ilin mayın 29-da Ermənistan ordusunun naməlum şəraitdə ölən əsgərinin anası etiraz aksiyası keçirib.


19 yaşlı əsgər Suren Masiyanın anasının sözlərinə görə, oğlunun ölüm səbəbi hələ də onlara deyilmir. Femida.az xəbər verir ki, bu barədə məlumatı news.am saytı yayıb. Ölən əsgərin anası Angela Masiyan jurnalistlərə açıqlamasında bunları bildirib:

“Oğlum hərbi xidmətdə olduğu müddətdə 6 dəfə hərbi hospitalda yatdı. Əgər o xəstə idisə, niyə hərbiyə aparmışdılar? Oğlumun ölümü ilə bağlı müstəntiq mənə heç bir cavab vermir. Mən tələb edirəm ki, oğlumu öldürən vəzifəli şəxs cəzalandırılsın. Bu, ilk belə hadisə deyil”.

Oğlunun ölüm işinin araşdırılmasından narazı olan əsgər anası orduda olan özbaşnalıqdan Ermənistan Müdafiə Nazirliyinə müraciət edəcəyini bildirib.

“ Oğlumun ölüm səbəbi kimi böyrək çatışmazlığı,onurğada yırtıq və infarkt göstərilib. Mən bunlarla razı deyiləm.O xəstə idisə niyə hərbiyə aparırdılar?”

Xatırladaq ki, Ermənistan ordusunun 19 yaşlı əsgəri Suren Masiyan 29 may saat 22:00 dəqiqələrində qəfildən hərbi hissələrin birində ölüb. Onun ailəsi uzun müddət Bakıda yaşayıb. Ermənilərin başladıqları müharibə zamanı onların ailəsi Bakıdan Ermənistana köçüb.Ölən əsgərin qardaşı və bacısı da var. Ailələrinin durumu olduqca ağırdır.

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 24981